“Youtube”da məşhurlaşandan sonra Acun Ilıcalı tərəfindən alınaraq “Exxen” platformasına transfer olunan “Konuşanlar” proqramı haqda araşdırma başladılıb.
OLAY yazır ki, buna səbəb verilişin 44-cü bölümündə Hasan Can Kayanın tamaşaçı ilə etdiyi söyüşlü dialoq səbəb olub.
Qeyri-etik ifadələrin yer aldığı söhbətdə Hasan Can tamaşaçının atasını təhqir edib.
Sosial mediada geniş müzakirə edilən dialoqa reaksiya verənlərdən biri də Türkiyənin Radio və Televiziya Şurasının rəhbəri Ebubekr Şahin olub. O bildirib ki, veriliş nəzarətə götürülüb:
“Türk ailə əxlaqında uyğun olmayan dialoqların yer aldığı “Konuşanlar” adlı proqrama görə dəfələrlə xəbərdarlıq etsək də, lazımi tədbirlərin alınmadığını görürük. Sonda şuranın iclasında qərar vermək üzrə sözügedən verilişlə bağlı araşdırma başlayıb”.