İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər irəli sürülüb.
OLAY APA-ya istinadən yazır ki, Mətbuat Şurası Azər Həsrət və Aqil Ələsgərin Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Həsən Cəfərov və Əzim Talıbovun namizədlikləri irəli sürülüb.
Digər aidiyyəti qurumlardan da namizədlər irəli sürəcək.