Müğənni Elnarə Xəlilova tələbələrinə vaxt ayırdığı üçün evdə uşaqlarının onu qısqandığını bildirib.
OLAY yazır ki, bu barədə sənətçi “MTV maqazin” verilişində danışıb.
İfaçı bildirib ki, övladları onu bölüşə bilmir:
“Uşaqlarım məni tələbələrimə qısqanır. Deyirlər ki, get, tələbələrinlə oturarsan, tortu tələbələrinlə bölüşərsən, onlarla çay içərsən. Körpədirlər, hələ başa düşmürlər ki, etməliyəm bunu. İstər-istəməz həftədə bir dəfə kiminsə klipi, layihəsi çıxır. Mən orada necə iştirak etməyim? Bir növ özüm ideya müəllifiyəm. İşi mən başlatmışamsa, sona çatdırmalıyam”.
Qeyd edək ki, Xəlilovanın 4 övladı var.