“Mən öyrəşmişəm ki, musiqini dərin bilən insanlar zəng edib öz sevgilərini bildirirlər”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Səhərin səsi” proqramında deyib.
“Deyirlər ki, səsini dinlədim yata bilmədim, təzyiqim düzəldi. Bunlar hamısı mənim üçün böyük fəxrdir. Bununla fəxr eləməmək olmaz”, - deyə, o, bildirib.