TV proqram
TV proqram

Cəlalə Nəzəroğlunun şirkətindən oğurluq edildi

Cəlalə Nəzəroğlunun şirkətindən oğurluq edildi

Aparıcı və natiqlik təlimçisi Cəlalə Nəzəroğlunun direktoru olduğu şirkətdən pul oğurluğu edilib.

OLAY yazır ki, Nəzəroğlu bunu mühasibin etdiyini bildirib. Bu haqda o, feysbukda məlumat paylaşıb:

“Şirkətimizin mühasibatlıq işlərini görən adam hesabda olan pulları oğurlayıb. Ödəmə gecikmələrinə aid bildirişlər gəlməyənə qədər xəbərim olmayıb. Çox güvənməyin axırı belə olur. ”Ehtiyacım vardı, götürdüm” deyir. Günlərdir pulu qaytarmır. Polisə verməyəcəkdim, amma fikrimdən daşındım. Belələrinə dərs vermək lazımdır”.