Demet Akalın özəl kanalların birindən yemək proqramı təklifi alsa da, rədd edib.
OLAY yazır ki, həftənin üç günü studiyaya girib çəkiliş edəcək Demet buradan aylıq 600 min lirə qazanacaqdı. Lakin o, astroloqunu dinləyərək 50 bölümlük müqaviləyə imza atmayıb.
“Astroloqlara qulaq asıb 50 bölümlük TV proqramını rədd etdim. Veriliş tutsa, babalı sizin boynunuza”, - deyə, o, yazıb.