Müğənni Türkan Vəlizadə məşhur türk müğənni Mahsun Kırmızıgülə heyranlığından bəhs edib.
OLAY yazır ki, ifaçı bu haqda “MTV maqazin”ə müsahibəsində deyib.
Türkan hətta Kırmızıgülü toyuna dəvət edəcəyini də bildirib:
“Toyuma çağırdığım hansısa şou nümayəndəsi gəlməsə, onlardan çox pis inciyərəm. Mənim prinsipim çox başqa olur. Hər il toy deyirəm, amma qismət olmur. Bu Allahın istəyidir…. Toyumda Mahsun Kırmızıgül də olacaq. Bildiyimə görə, o qədər böyük büdcə deyil. 40 min dollardan (təxmini 68 min manat) keçməyə hazıram. Bəlkə də, gələcək həyat yoldaşım onu mənə hədiyyə gətizdirəcək”.