Müğənni Zenfira İbrahimova həyat yoldaşının xəyanətini tutduğunu bildirib.
OLAY yazır ki, sənətçi bu barədə “MTV maqazin”ə müsahibəsində deyib.
İfaçı bildirib ki, ailə münasibətlərində qadın hər zaman kişini yola verməlidir:
“Mənə həmişə böyüklərim deyirdi ki, gördün ki, kişi bir balaca əsəbidir, o otaqdan çıx. Qoy əsəbləri sakitləşsin. Bu deyimləri özümə örnək götürmüşəm. Bəşəriyyət belə yaranıb ki, kişi həmişə xəyanət edir. İncə qadınlarımız da bağışlaya biliblər”.
Zenfira “Həyat yoldaşınızın xəyanətini tutmusuz” sualına isə belə cavab verib:
“Olub, amma o qədər ciddiyə almamışam. Bilirsiniz kişiləri, olmaya bilər? Mesajları tutmuşam. Amma onu böyük bir xəyanət hiss etmirəm. Kimsə ona yazmışdı, o yazmamışdı, ad var idi. Bir xanım evli bəyə yazırsa, öncə özünə hörmət etməlidir. Mən mesajları gördüm. Ondan sonra isə telefonun şifrəsini dəyişib. Bir kəlmə dedim ki, bir də görməyim. Onunla da bitdi, görməmişəm”.