Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu növbəti dəfə Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva ( Aşıq Samirə) barədə qalmaqallı açıqlama verib.
OLAY yazır ki, “Şou xəbər”ə müsahibəsində Samirə haqda sualı eşidən Hüseyn onunla barışmayacağını bildirib.
“Elə adam tanımıram, tanımaq da istəmirəm. O, adam deyil. Biz aşıq Telli tanıyırıq, sonra aşıq Zülfiyyə… Dediyiniz insanı isə tanımıram. Adam yediyi bir tikə çörəyə belə dəyər verər. Sən gəlib mənim evimdə yediyin çörəyə tüpürsən, sənlə barışaram? Heç vaxt. O kimdir axı?”, - deyə, Məhəmmədoğlu deyib.
Qeyd edək ki, S. Əliyeva ötən həftələrdə münsif olduğu “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsində qarşıdurma mərhələsində Hüseynin xanımı aktrisa Aysel İbrahimova ilə vidalaşıb.