“Space” TV-də daha bir ayrılıq yaşanıb.
OLAY yazır ki, “Milli səs” və “Bir axşam səhnədə” verilişlərinin aparıcısı Nübar Əbil sözügedən kanalla işbirliyini sonlandırıb.
Bu barədə Nübar sosial şəbəkə hesablarında məlumat paylaşıb:
““Space” TV ilə 2021-ci ildən çıxdığım 1 il yarımlıq yolda beş layihə ilə izləyici qarşısında oldum və çox gözəl geri dönüşlər aldım. Nəhayət, son layihəmiz olan “Milli səs”in finalı ilə kanalla vidalaşdım. Əminəm ki, qazandığım peşəkar insanlar, tanıdığım yeni “simalar” gələcəkdə atacağım növbəti addımlarda çox kömək olacaq”.