“Düzü mən də istəmirdim. Lakin onların elə bir istedadı olardı ki, susub qalardım. Axı Ramal İsrafilov və Mirkamil kimi səsləri olmadı. Rəssamlığın özü də bir istedaddır. O da incəsənətin bir qoludur”.
OLAY yazır ki, bu sözləri “Səhər mərkəzi” verilişində Xalq artisti Mələkxanım Eyubova qızı Nəzrin Nəcəfova haqda deyib.
Xanəndə bildirib ki, bir valideyn kimi uşaqlarının seçimlərinə qarışmağı sevmir:
“Qızım Nəzrin Aybəniz Haşımovanın “Bülbüllər” qrupunda oxuyurdu, festivallara gedirdilər. Bir hobbi idi. Böyüdükcə, hiss etdi ki, Nəzrin bu sənətə gələ bilməz. Mədəniyyət və İncəsənət Universitetini bitirdi, ardınca Rəssamlıq Akademiyasına qəbul olundu. Böyük oğlum proqramistdir. Kiçik oğlum ADA Universitetində oxuyur.
Böyük qızım ailəlidir. Bir ana kimi tərəfdar deyiləm, valideyn desin ki, bu yolla get, filankəslə evlən, bu işi gör. Valideyn istiqamətləndirə bilər. Uşağın hansı sahəyə meyili varsa, onu inkişaf etdirməlidir. Bəzi valideynlər övladının səsi olmadığı halda deyir, oxuyan olmalıdır. Kimi sevir, onunla evlənsin, hansı sənəti istəyirsə, ona tərəf getsin”.