Müğənni Kərim Abasov ikinci dəfə həbs edilən keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova barədə danışıb.
OLAY yazır ki, bu haqda ifaçı “MTV maqazin”ə müsahibəsində deyib.
Kərim bildirib ki, Təranə həbs edilməzdən əvvəl ona zəng vurub:
“Zəng etdi, səsini eşidəndə telefonu bağladım. Ondan çəkdiyimi çəkmişəm. Neçə dəfə yığdı, gördüm insan pis vəziyyətdədir. Bacardığım qədər Təranəyə əl tutdum. Balasına xatir bunu etdim”.
O, prodüserə 1500 manat yardım etməsi ilə bağlı suala isə belə cavab verib:
“Danışmayaq, bizim aramızda baş verib. Düzdür... Keçmişdə qalan keçmişdə qalıb. Yaram, mənimdir. Özünə görə yox, balalarına xatir əl tutdum. O, həbsdən çıxana qədər də balalarına maddi və mənəvi əl tutmağa hazıram. Allah qapısını açsın. Keçmişdə olanı, keçmişdə saxlayıram. Ürəyim onun balalarına yanır, özünə yox. İnsan ağılsızlıq etdi. Təranənin mənə çəkdirdiyini danışsam, onun mənə etdiklərinə hönkür-hönkür ağlayaram. Ona halallıq verməyim mümkün deyil”.
Qeyd edək ki, illər əvvəl ailəli olan Təranə və Kərim qalmaqallı şəkildə boşanıb.