Müğənnilər – Sevnc və Sevil Səfərovaların bu il də ailə qurmaq planları yoxdur.
OLAY yazır ki, bu barədə onlar “Səhər mərkəzi” verilişində qonaq olarkən danışıblar. Bacılar deyiblər ki, artıq plan qurmurlar:
“Son illər həyat bizə öyrətdi ki, plan qurmağa ehtiyac yoxdur. Ailə qurmaq da planla deyil, qismətə bağlıdır. Plana bağlı olsa, indi beş uşaqla evdə oturmuşdum. Allah hər kəsə gözəl ailə nəsib etsin. Burada oturan 3 nəfərin artıq yaşı keçib, analarımız bizdən əlini üzüb. Amin deyə-deyə oturmuşuq”.