“Kimsə düşünür ki, nəyisə paylaşanda, göstərəndə, deyir ki, nəzərdən qorxuram. Mən isə bədnəzərdən güclənirəm. Deyirəm, əcəb edirəm. Maşın alandan sonra elə bil düşmənim daha çox artdı”.
OLAY yazır ki, bu sözləri “MTV Magazin”ə açıqlamasında aktrisa Pərvin Abıyeva deyib. 650 minlik avtomobilindən danışan Pərvin söyləyib ki, hələ də maşın üçün ödəniş edir:
“Allah mənə verdiyindən ətrafımdakılara qat-qat çoxunu versin ki, mənimkində, az varımda gözləri olmasın. Bədnəzərdən qorxmuram. Amma insanların dilinə düşməyi sevmirəm. Bu məsələdə də nömrə birəm. Maşını nağd almamışam, pulunu verib bitirməmişəm. Sevdiyim avtomobildir, hər nədirsə, mənimdir. Çox sürətli maşın idarə etməyi sevmirəm, hansısa rayona gedəndə sürətlə sürürəm. Cərimələrimin hamısını ödəyirəm. Yaxınlaşırlar, deyirlər, kəməri taxmamısız, söyləyirəm ki, yazın. Mən rüşvət verməmişəm, tələb olunmayıb. Bundan da yana deyiləm, bir cəzam varsa, cəriməm yazılır, ödəyirəm”.