Daha əvvəl “O ses Türkiye”də çıxış edən Pərvin Səfərov bu dəfə “Səs Azərbaycan: Doğma nəğmələr”də iştirak edib.
OLAY yazır ki, ifaçı “Alagöz” mahnısı ilə yarışıb və 3 münsifdən ikisini - Əməkdar İncəsənət xadimi Samirə Əliyeva ilə müğənni İlqar Xəyalı döndürməyi bacarıb.
Səfərov münsiflərdən Aşıq Samirəni seçib. Lakin qarşıdurmada S. Əliyeva Pərvinlə vidalaşıb.
Qeyd edək ki, o, 5 il əvvəl “O ses Türkiye”də yarışmış, 4 jüridən üçünü döndürmüş və Murat Bozu seçmişdi. Pərvin müsabiqədə 3-cü tura qədər davam etmişdi.
Onu da xatırladaq ki, əvvəl çoban kimi çalışan Pərvin sosial şəbəkələrdə “Nazende sevgilim” mahnısını səsləndirdiyi video ilə populyarlaşmışdı. O, müsabiqədədə həmin mahnı ilə çıxış etmişdi.