Aparıcı Zaur Baxşəliyev onun adından dələduzluq edən şəxsi ifşa edib.
OLAY yazır ki, Zaur adından istifadə edərək həkimləri aldadıb pul alan şəxsin nömrəsini və fotosunu paylaşıb.
Baxşəliyev izləyicilərinə səslənərək bunları yazıb:
“Fırıldaqçını tanıyın. Bu adamı polisə vermişəm, bu fotonu profilə qoyub həkimləri aldadır. Guya biz səhifədə yarış edəcəyik. İnanmayın. Ümid edirəm Azərbaycan polisi artıq onlarla həkimi aldadaraq, pulunu mənimsəyən bu şəxsi tapıb cəzalandıracaq. Onu tanıyanlar valideynlərinə xəbər versin ki, oğlunuz doğru yolda deyil. Nə qədər gec deyil, onu bu yoldan çəkindirin”.
Qeyd edək ki, bu haqda Z. Baxşəliyev aparıcısı olduğu proqramda məlumat vermiş, həmin şəxsi polisə şikayət etdiyini bildirmişdi.