“Deyirlər, o da aktyordur, sən də. Səni ondan nə fərqləndirir? Mən deyirəm ki, 5 teatrda çalışmışam”.
OLAY yazır ki, bu sözləri “Xəbər-ətər” verilişində Əməkdar artist Əkbər Əlizadə deyib. O, söyləyib ki, əvvəllər eyni vaxtda 5 teatrda çalışıb:
“Akademik Musiqili Dram Teatrında, Afaq Bəşirqııznın rəhbərlik etdiyi “Bəşir” teatrında, Cənnət Səlimovanın “Bakı kamera tetarında, Akademik Milli teatrında, 8 il də Planet Parni İz Baku KVN-də işləmişəm. İllərimə baxanda heyfslənirəm. Bir var ki, quru-quru qurbanım olum, deyirsən ki aktyoram. Mən o sözü elə-belə demirəm. Seriallarda, filmlərdə, silsilə tamaşalarda oynamışam. Bunun özü böyük göstəricidir. 45 yaşa çatmışam. Deyirəm, Allah nə yaxşı ki, bu taleyi mənə qismət eləmisən. Aktyor kimi tanınmaq çətindir. Adımla bağlı bir filmin çəkilməsini istəyirəm. Necə ki, Hacıbaba Bağırov deyəndə “Şirbalanın məhəbbəti”, Afaq Bəşirqızı deyəndə “Bəxt üzüyü” xatırlanır. O filmin süjeti də mənim beynimdədir”.