“İlqara qədər mənə dəstək olan olmayıb. Mənim maşınım da, evim də, işim də var idi. Mən bunları təkbaşına etmişdim. Nə ata, nə ana, nə də bacı-qardaş dəstəyi olmuşdu”.
OLAY yazır ki, bu sözləri “Elgizlə izlə” proqramında aparıcı Zülfiyyə Bayramova deyib. O bildirib ki, həyat yoldaşı İlqar Mikayıloğlu ilə tanış olana qədər maşını da, evi də özü alıb:
“Hamısı efirdən məni izləyir. Biri də deyə bilməz ki, sənə dəstək olmuşam. Mənəvi dəstək də almamışam. Kimsə bilməz ki, insanlar həyatda hansı çətinliyi yaşayırlar. Mən həyatımı özüm qurmuşam, hüquqa qəbul olmuşam. Hər şeyi özüm yaratmışam. Sənin valideynin, evin dəstək olub. Hər şeyi açıb danışmaq istəmirəm. Səhər gedirdim dərsə, günorta işləyirdim, axşam da yenidən dərslə məşğul olurdum. Kimim var idi? Valideynlərim yanımda yox idi. Sən mənim taleyimi bilmirsən. Tək idim. Yalnız yaşamışam. Bütün sevgilərdən məhrum insan, təkbaşına idim. Xaladan da imtina edib, öz həyatımı qurmuşdum, Elgiz Əkbər məni tanıyanda hər şeyim var idi. Bəzən fikirləşirlər ki, bəlkə İlqar onu gətirib hansısa səviyyəyə çıxarıb. Deyəndə ki, dəstək, mən təəccüblənirəm”.