Əməkdar mədəniyyət işçisi Aşıq Samirə Əliyevanın başına iş gəlib.
OLAY yazır ki, sənətçi münsif “Səs Azərbaycan. Doğma Nəğmələr” proqramının dünənki buraxılışında kreslosu ona çətin anlar yaşadıb.
Belə ki, aşıq iştirakçı Nurlan Zeynalovun “Bulaq üstə gedən gözəl” ifasını bəyənərək düyməni basıb. Lakin ifaçının kürsü tam çevrilməyib.
“Düyməni möhkəm və həvəslə basdım. Ona görə kreslo belə oldu”, -deyə S. Əliyeva bildirib.