Aktyor Elşən Orucov bir müddət əvvəl haqqında qalmaqallı açıqlama verdiyi aparıcı Azər Zahidi proqramında qonaq edib.
OLAY yazır ki, Elşən onu “Fəlidən doğru xəbər” proqramına çağırıb. Aktyor çəkilişdən fotonu instaqramda paylaşıb.
Qeyd edək ki, E. Orucov OLAY-a açıqlamasında A. Zahidin televiziyaların sosial şəbəkələrə uduzması ilə bağlı səsləndirdiyi fikirlərə qarşı çıxmışdı.
O, “Azər özü də televiziya işçisi olub, mən fikirləşmirəm ki, onu tam ciddi bir söz kimi deyib ki, televiziyanı üstələyəcək. O düzgün bir şey deyil.Fikrimə etiraz etsə, mən onu bu yaxınlarda çağıraram, otuzduraram divana, özüm yox Fəlakət ona lazım olan cavabı verər”, - deyə, vurğulamışdı.