TV proqram
TV proqram

“Yaradan şahiddir ki, çox qazanmadım”

“Yaradan şahiddir ki, çox qazanmadım”

Aktyor Fərda Xudaverdiyev konsertlərdən çox gəlir əldə etmədiyini söyləyib.

OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” verilişində danışıb, Fərda deyib ki, gələcək aylarda regionlarımızda konsert proqramları ilə çıxış edəcək:

“Digərləri konsert etmir, çünki bu işdə pul yoxdur. Hər şey pul demək deyil. Konsertin adı böyükdür. Amma böyük pullar yoxdur. Yaradan şahiddir ki, çox qazanmadım. Mən xidmət üçün yaradılmışam. İnsanların, müəyyən kütlənin üzünə gülüş bəxş etmək mənim missiyamdır.

Gəncliyimdən, 16-17 yaşlarımdan bu işdəyəm. Regionlara gedəndə yol pulu, səhnə mikrofon və sairə. Bunları nəzərə alanda böyük pullar deyil, azdır. İstərdim ki, bütün sənətçilərimiz regionlara getsin. Azərbaycan tək payaxtdan ibarət deyil. Rayonlarda da bizi izləyirlər”.