Müğənni Xatun Əliyeva mərhum qardaşı – stilist Balaşla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi bu gün qardaşının ölümündən 2 il keçdiyini vurğulayıb. Balaşla birgə fotolarını paylaşan ifaçı kədərini bildirib.
“22.02.2021… Səni itirdiyim o lənət gün. O gün elə bildim ki, dünya başıma yıxıldı. Sənin vəfatından artıq iki il keçdi, bu çox böyük acıdır. Kaş mən ölərdim, bu günü yaşamazdım. Həyat elədir ki, ölə-ölə də yaşayırsan. Amma bizdən asılı olmayan hadisələr baş verir. Allaha sığınıb yaşayırsan bu taleyi. Amma sən hər an mənimləsən. Yoxluğun bizi yandırsa da, həyatla, insanlarla mübarizə apararaq yaşayırıq”, - deyə, Xatun qeyd edib.
Xatırladaq ki, Balaş xərçəng xəstəliyindən dünyasını dəyişib.