Rəqqasə Fatimə Fətəliyeva qalmaqallı olduğu şairə Nazilə Səfərlinin onun haqqında söylədiyi “Fatimə danışmasın, oynasın” fikirlərinə münasibət bildirib.
OLAY yazır ki, bu barədə Fətəliyeva “Xəbər-ətər”ə müsahibəsində deyib:
“Qarşı tərəf mənə danışmağı öyrədəcək? Ola bilər ki, o, şairə olsun, poeziya gecələri aparsın, onun işidir. Mən isə o qədər pozitivəm ki, söz bazam da içimdən gəlir… Gedib onun məktəbini oxumamışam. Vallah bizim bu qədər mübahisəmiz olsa da, dilimə gətirə bilmərəm ki, vay, vay, vay, filankəs məclisi öldürür, bütün günü ağlaşma aparır”.
Fatimə oriental rəqs etməsindən də danışıb:
“Oriental rəqs etmək, məgər, pozğun rəqsdir?”.
Qeyd edək ki, Səfərli OLAY-a açıqlamasında “Fatiməni danışdırmamaq yaxşıdır, o elə oynasın. Onunki bədən dilidir. Apar onu qoy bir professorun qarşısına, görüm danışa bilər? Onu dinləməyəcək”, - deyə, bildirmişdi.