“Atam rəhmətə gedəndə 47, anam dünyasını dəyişəndə isə 63 yaşı olub. 19 yaşımda artıq hər iki valideynimi itirdim, ali təhsilim yarımçıq qaldı, tək yaşamağa başladım. Bu, Allahın, taleyin bir missiyası idi, qarşıma çıxdı”.
OLAY yazır ki, bu sözləri “Düzünə qalsa” verilişində aktyor və aparıcı Azər Aydəmir deyib. Sənətçi bildirib ki, valideynlərini itirdikdən sonra tək böyüyüb:
“Adam var çətinliyi, 26, 36, 50 yaşında görür. Mənim dostumun atası 50 yaşında rəhmətə getdi, necə balaca uşaq kimi ağlayırdı. Həyat bir oyundur, mərhələlər var. Kimisi bunu sonda keçir.
Mənə elə gəlir ki, sonda olanı mən əvvəldə keçdim və yetəri qədər də uğurlu alındı. Yavaş-yavaş başa düşdüm ki, harasa gedirəm və bütün bunlar imtahanlar idi. Hesab edirdim ki, mən seçilmiş insanam! 18-19 yaşımdan, tək, dostlarımın əhatəsində böyüyürəm. Qohumlarla əlaqəm kəsilib. Yox, məni tək buraxmadılar. İllər sonra onları görürəm, mənə utanaraq yaxınlaşırlar. Özlərini sanki mən tək qaldım deyə, günahkar hesab edirlər. Bunu hiss edirəm. Zərrə qədər kimsədə günah görmürəm, mən özüm tək qalmaq istədim.
Küsmədim, sadəcə o yaşda belə başa düşürdüm ki, mən kiminsə himayəsində qalsam, o Azər Aydəmir olmayacam! 18 yaşda bunu dərk etdim. Özüm dedim ki, tək qalacam, həyata atıldım. Başa düşüm ki, bu nədir! Ona görə bir nəfərlə də əlaqə saxlamadım ki, onlar məni unutsunlar, mən də onları”.