Xalq artisti İlham Namiq Kamal illər öncə rol aldığı “Qayınana” filmi barədə danışıb.
OLAY yazır ki, bu haqda sənətçi “O üz” verilişində qonaq olarkən söz açıb.
Aktyor qayınana-gəlin münasibətlərindən bəhs edib:
“Türkiyədə çox yerdə kaset formasında bir “O olmasın, bu olsun”, bir də “Qayınana” filmini görmüşəm. Buradan azərbaycanlılar gedirlər, orada qohumları, dostları var. Aparıb kaseti hədiyyə kimi verirlər ki, bizim belə bir maraqlı filmimiz var. Bu həm təbliğatdır, həm də Azərbaycan kino sənətinə verilən qiymətdir. Həm də qoy görsünlər, Azərbaycan balalarını, simaları, münasibətləri... Filmdəki xarakterdə nənələrimiz olub, məncə, bu dövrdə az olar elə xarakterlər. Çünki indi gəlinlər də müsibət olur. İndiki gəlinlərə heç söz demək olmur, qayınana ilə yaşamaq istəmirlər. Ay balam, bu da sənin anandır. İndi film çəkilsəydi, bu barədə çəkərdilər”.