Əməkdar artist Teymur Əmrah açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi “Söhbət musiqidən gedir” verilişində qonaq olarkən efirlərdə az görünməsindən və peşmanlığından söz açıb.
“Saxta insanlar efirdə oturub dahi bir müğənni, aktyor haqqında saxta danışanda mən orada otura bilmirəm. Saxtalığı sevmirəm, mahnıda da, aktyorluq oyununda da səmimi olacaqsan.
Efirə biz gəlmək istəyirik, niyə istəmirik ki? Biz o dövrdə uşaq olanda efirə gələndə istəyirdik ki, populyar olaq, bizi barmaqla göstərsinlər ki, bu Teymur Əmrahdır. Amma indi elə bir vəziyyətdir ki… Bu yaşdan sonra ayrı sənətə necə gedim? Başqa sənətə yiyələnə bilmərəm, 50-dən artıq yaşım var, gecdir. Amma peşmanam… Çox peşmanam. Bilsəydim, hakim, həkim olardım, amma heyif…”, - deyə, T. Əmrah qeyd edib.