Xanəndə Pərviz Qasımov Xalq artisti Miri Yusiflə arasında küsülülük olduğunu açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Səhərin səsi” verilişində danışıb. Pərviz deyib ki, Miri Yusiflə illər əvvəl iş birlikləri olsa da, qonorar məsələlərinə görə yollarını ayırıblar:
“Miri Yusifə səhnəyə gəldiyi ilk günlərdə mən də ürəkdən dəstək olmuşam. 2013-cü ildə bizim birgə proyektimiz oldu, “Küçələrə su səpmişəm” mahnısını oxuduq. Son vaxtlar saraydakı konsertində başqa xanəndələr ifa edir. Baxırlar, məndən öyrənirlər, sonra səsləndirirlər. Orada adımı qeyd etməyiblər. Amma varam. 7 dəqiqəlik mahnıdır, 5-ci dəqiqədən mən oxuyuram. Konsertdə də canlı oxumuşam. Sonradan bəzi nüanslar yarandı, qonorar problemləri oldu. Uzun illər konsertlərində bir qəpik güdmədən iştirak etmişəm. Sonra gördüm, sənətə qiymət verilmir, düşündüm ki, insan öz dəyərini bilməlidir. Qardaşımız, dostumuzdur. İlk mənlə, sonra Nigar Camalla, Zülfiyyə Xanbabayeva ilə başladı. Mən “Eleven” klubundan danışıram. O vaxt başlamışdıq. Konsertlərində başqa mahnılar var idi.
Onların muğam hissəsini mən oxumuşam. Uman yerdən küsərlər. Mən məhkəməyə də verə bilərəm ki, icazəm olmadan konsertdə kimsə oxuya bilməz. İlk ifaçısı mənəm. O mahnı sifarişlə yazılmışdı. Aranjımanı da Xalq artisti Siyavuş Kəriminin oğlu Emin Kərimiyə məxsusdur. O zaman klipi Ukraynada çəkilməli idi, bəzi səbəblərə görə qaldı. Prodüser problemlərimiz oldu, qonorarda razılaşa bilmədik. Çəkildim kənara. Məndən sonra 4-5 ifaçı o mahnını səsləndirib. Son konsertindən sonra mənə yazırlar ki, axı bu mahnını siz səsləndirmisiz, niyə başqası oxuyur? Nə deyim? Deyim ki, 150 manat qonorar verirdilər ona görə? Xanəndəyə 150 manat verirdilər. Gördüm ki, sanki “sex müğənnisi” vəziyyətinə gətirib çıxardılar. Sonra dedim mən yoxam. Onun qazancı çox idi.
Moskvaya konsertlərə getmişik. Onu bibim qızının toyuna çağırdım, gəlmədi, dedi, qiyməti budur. Mən Bakı Dövlət Universitetindən məzun olanda, rəhbərlik söylədi ki, Miri Yusifə desək, məzun gününə gələ bilər? Onda da qonorarla gələcəyini söylədi. Xalq artistimizdir, gözəl ifaçıdır, o məsələlərə toxunmuram. Bəzən mən Miri Yusifə görə Moskvaya pulsuz getmişəm. Bir qəpik də almamışam. İnsan əziyyətinin bəhrəsini görmək istəyir. Dost, qardaş deyən insan onun davamını gətirməlidir. Məndən nəyə görə inciyə bilər? Yaxşılıqdan başqa əlimdən nə iş gəlib? Mən pislik bacarmıram. Bizi o vaxt Tural Əsədov tanış etmişdi. Bir də “Eleven”in rəhbəri Cəmil. Xahiş etdilər ki, Miri Yusifi ifası ilə qaldırmalıyıq, səhnənin ulduzu etməliyik. Dedim, problem deyil. Dəfələrlər konsertlərində qonorarsız iştirak etmişəm. Sonra özləri pul verdi, o da 150 manat. Düşündüm ki, yəqin bilməyiblər, fikirlidilər. Bu hal təkrarlananda dedim, belə olmaz”.