Türkiyənin məşhur müğənnisi Doğuşun yaxın dostunun ailəsi Hatayda dağıntılar altında qalıb.
OLAY yazır ki, bu barədə sənətçinin xanımı Xoşqədəm Hidayətqızı deyib. O, “Səni axtarıram” proqramında ifaçının veriliş üçün təqdim etdiyi görüntüləri göstərib və həyat yoldaşının çətin günlər yaşadığını bildirib:
“Doğuş Hataydan mənə zəng edib dostumuzun evini göstərdi, gözlərimə inana bilmədim, dəhşət idi. Onun dostunun bütün ailəsi dağıntılar altında qalıb. Cəmi bir nəfəri xilas edə biliblər. Biz neçə gün onlar üçün göz yaşları tökürük. Doğuş bəyin yaşadıqları... Ən çətin günlərində, bir tikə çörəyə ehtiyacı olanda həmin şəxs ona yemək verib”.