Aktrisa-aparıcı Xuraman Əlizadə növbəti dəfə mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Söhbət var” verilişində danışıb. Sənətçi söyləyib ki, T. Əliyevanın hamiləlik xəbərini çəkiliş meydançasında eşidib:
“Bunu bir dəfə demişəm, Tünzalə ilə bizi övladlarımız daha da yaxınlaşdırdı. Hərəmizin 150-160 kilosu var idi. Ana olmağımız bri az ajiotaj yaratdı ki, bu kiloda olan xanımlar ana ola bilərmi? Bir az müəmmalı, şüphəli yanaşdılar. Bizim “Əntiqə rəfiqələr” çəkiləndə dedi ki, hamiləyəm. Mən də oturub ağlayıram, həm də təskinlik tapdım ki, kilolu bir xanım ana ola bilər. Sən demə özümdən də xəbərim yoxdur. Onda övlad gözləyirmişəm. Sevinirdim ki, Tünzalənin istəyi övlad idi, Allah yetirdi. Deməli, müalicə edilmədən kilolu bri xanım da ana ola bilərmiş. Mənə də çox şeylər deyildi. Amma bir Allah şahiddir”.