“Xəyanəti bağışlamıram. Xəyanət, yalan, oğurluq – bunlar keçiləsi şeylər deyil”.
OLAY yazır ki, bu sözləri Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Mətanət Eres yutubda yayımlanan “Mən” verilişinə müsahibəsində deyib. Sənətçi xəyanətlə bağlı sualı belə cavablandırıb:
“Həyatımda elə insanlar var ki, ölsələr də, halallıq vermərəm. Deyə bilərlər ki, sən kimsən halallıq vermirsən? Mən bəndəyəm, bağışlamıram. Bağışlayan Allahdır, ona görə də Allahdır. Hər şeyi keçən, bütün günahları bağışlayan Allahdır”.