Əməkdar artist Zakir Əliyev ən böyük qorxusunu dilə gətirib.
OLAY yazır ki, bu barədə sənətçi “Həmin Zaur” verilişində söz açıb.
İfaçı əldən düşüb, insanlara yük olmaqdan çox qorxduğunu etiraf edib:
“Xəstə olub, yatağa düşməkdən, insanlara, doğmalara yük olmaqdan çox qorxuram. Özümə heç vaxt uzun ömür arzulamamışam. Deyirəm, İlahi, nə ömür vermisənsə, sağlam, ağlım başımda, öz hərəkətlərimi bilim… İnsanın çox yaşamağı təsəvvür edin, övladlarını çiynində aparıb, dəfn edirsən, Allah uzaq etsin . Allah nə ömür veribsə, sağlam can etsin”.