Xalq artisti Mənsum İbrahimov dünyasını dəyişən tələbəsi, gənc xanəndə Tuqay İsmayılovdan danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “O üz” verilişinə müsahibəsində deyib.
“Çox istedadlı, mədəni və tərbiyəli oğlan idi. Dünyasını dəyişməmişdən 20 gün öncə canlı efirə çıxmışdı. Efirdən zəng etdilər ki, tələbəniz buradadır. Dedim ki, məni proqrama qoşun, danışmaq istəyirəm. Eşidəndə ki, Tuqay vəfat edib, mən şok oldum.
Pandemiya onu da aramızdan tez apardı. Düşünürəm ki, bəlkə də, onu xilas etmək olardı. Hələ də onun ölümü məni yandırır… İtalyan, rus, vokal, estrada mahnıları oxuyurdu. Dünya musiqisindən xəbərdar idi… Qismət, Allah bilən məsləhətdir, ruhu şad olsun”, - deyə, M. İbrahimov bildirib.
Qeyd edək ki, T. İsmayılov 2021-ci ildə koronavirusdan həyatını itirib.