“Gecə saatlarında Doğuş bəyi yola saldım. Hataya yola düşdü. Biz dostlarımızı itirmişik, hələ də dağıntılar altında qalanlar var”.
OLAY yazır ki, bu sözləri “Səni axtarıram” verilişində aparıcı Xoşqədəm Hidayətqızı deyib. O bildirib ki, baş verən hadisələr övladlaırnın psixologiyasına təsir göstərib:
“Hava limanından qayıdanda bizim bir köşəmiz var, orada daim Doğuş bəy televiziyaya baxır. Gördüm ki, Arın eyni atası kimi onun balıncında, onun adyalı ilə uzanıb. Mən uşaqları yarım saatdan çox televizora baxmasına icazə vermirəm. Ümumiyyətlə onların psixologiyasına zərər verən heç nəyi izlətmirəm. Qəti qadağandır, xəbərlərə baxmağa heç icazə vermirəm. Gəldim ki, gecə saatlarında televizoru açıb xəbərləri izləyir. Mən də danladım ki, niyə yatmırsan, nə xəbərlərə baxırsan. Dedi ki, gözləyirəm ki, ata orada uşaqları necə xilas edəcək? Bir tərəfdən onun mərhəmtinə sevindim. Digər tərəfdən isə psixologiyasının uşağa təsir göstərib, atasını efirdə görəcək. Heç bir itkisi olmayan, ata-anasını, qradaşını itirməyən bir körpə başqasının dərdinə kədərlənirsə... Ey bir-birilə mal-mülk savaşı edən, kiminsə ölümünə səbəb olub onu gizlədənlər. Necə ki gec deyil, o fəlakətlərə baxıb etiraf edin”.