Vüsalə Əlizadə aparıcılıq etdiyi “7 canlı” verilişində gözyaşlarını saxlaya bilməyib.
OLAY yazır ki, o, Türkiyədə baş verən zəlzələdən sonra gördüyü görüntülərin təsirindən çıxa bilmədiyini söyləyib:
“Bir ana olaraq o görüntüləri gördükdən sonra səhərə kimi gözümü yummamışam. Sağlamlığımla mübarizə aparıram və iki gündür gördüyüm bu görüntülər... Məni kövrəldən məhz balasını bağrına basan ana və körpəsinin donmuş cəsədi idi… İkincisi isə bir babanın cibindən çıxartdığı şirniyyatı iki gündür yeyə bilməyib, dağıntılar altında qalan uşaqlarıma saxlayıram deməsidir (ağlayır)”.