Uzun illərdir Türkiyədə yaşayan müğənni İradə İbrahimova ölkədə baş verən fəlakətlə bağlı açıqlama verib.
OLAY yazır ki, sənətçi bu barədə “Bizimləsən” verilişinin canlı efirinə telefon bağlantısı ilə qoşularaq deyib.
İradə iki gündür yaşanılan hadisənin şokunda olduqlarını bildirib:
“Şokdayıq, amma, əlbəttə ki, oturduğumuz yerdə durmuruq. Əlimizdən gələn yardımları edirik. Hər kəs fərdi formada əlindən nə gəlirsə, etməyə çalışır. Türkiyə bu dəqiqə böyük bir faciə yaşayır. Sağ olsunlar, Azərbaycandan yardım edən çox insanlar var. Burdakı insanların adından dövlətimizə bu yardımına görə təşəkkür edirəm. “Kömək gəldimi?” deyildikdə Azərbaycanın adı birinci gəlir. Türkiyəyə ilk əlini uzadan ölkəmiz oldu. İnşallah, dualarımızla bu ağır situasiyadan çıxarıq.
O qədər acı bir vəziyyətdir ki... Hava şəraiti də çətinləşdirir. Ən çox 100 saatdan sonra axtarmağı dayandırırlar, böyük ehtimalla bu gün axtarmağın son günüdür. Hava da soyuqdur, dağıntılar altında donaraq ölmək ehtimalı daha yüksəkdir. Bizim Bodrumdan qonşularımız hataylıdır. İki çox yaxın qonşularımız var. Onlar İstanbulda yaşayırlar, amma bütün sülalələri Hataydadır. Hamısı pərişandırlar... Çox ağırdır, Allah türkü qorusun, başımız sağ olsun…”.