Müğənni Tunar Rəhman ona bağışlanan ən böyük hədiyyədən danışıb.
OLAY yazır ki, bu barədə o, “Həmin Zaur” proqramında açıqlama verib. Tunar deyib ki, sevənləri ad günündə ona külli miqdarda pul hədiyyə edib:
“Mənə ən böyük hədiyyə pul olub. 10 min dollar idi, cibimə qoydular. Ad günümdə sevənlərim verdi. Dolların 78 qəpik olduğu vaxtlar idi. İndiyə kimi yadımdadır zərfi götürdüm, hiss elədim ki, ağırdır. Demə, hamısını götürməmişəm, iki zərf qalmışdı. Dönüb baxdım ki, adama deyir, hara gedirsən?”.