Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov Xalq artisti Aygün Kazımova ilə bağlı fikirləriylə diqqət çəkib.
OLAY yazır ki, Dadaşov bu haqda “Evdəkilərə salam” verilişinin Aygünün doğum gününə özəl buraxılışında deyib.
“Aygün Azərbaycan estradasının nəinki parlaq və parlayan ulduzudur, eyni zamanda inqilabi bir şəxsdir. Həmişə bunu demişəm, deyirəm və yenidən təkrar edirəm... Necə ki, vaxtı ilə böyük sənətçimiz, SSRİ Xalq artisti Zeynəb Xanlarova Azərbaycan musiqisinə inqilabi gəlişi ilə yeni töhfə verdi, eyni ilə Aygün də ən müasir dövrdə eyni dərəcə ilə səhnəyə təşrif buyurdu və dəbin formalaşmasında çox önəmli rol oynadı”, - deyə, Murad bildirib.