Müğənni Nura Suri 12 il sonra efirə qayıdır.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi gələn aydan etibarən “Azad Azərbaycan” Televiziyasında veriliş aparacaq.
“Özəl Media”nın istehsalı olacaq “Nuranın mətbəxi” proqramı hər bazar günü efirə gedəcək. Verilişin çəkilişləri Park Bulvar AVM-də gerçəkləşəcək. Hazırda ticarət mərkəzinin içərisində layihə üçün studiya qurulur.
Qeyd edək ki, N.Sura bundan öncə “Ləziz mətbəx”, “Qadın saatı”, “Yeni ulduz” kimi layihələrdə aparıcılıq edib. O, 2011-ci ildən sonra efir fəaliyyətinə fasilə verib.