Əməkdar artist Ehtiram Hüseynov canlı efirdə çətin anlar yaşayıb.
OLAY yazır ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkən xanəndə “Həmin Zaur” proqramında qonaq olub.
Aparıcı Zaur Kamal onu təqdim edərək proqrama çağırıb, bu zaman Hüseynovun yeriməkdə çətinlik çəkdiyi görünüb. Bu məqamda Zaur operatorlardan sənətçini yox, özünü çəkməyini istəyib.
Efirin davamında isə Əməkdar artist yerindən mahnılar səsləndirməyə, çox hərəkət etməməyə diqqət edib.