AzTV-də daha bir yeni layihə start götürür.
OLAY yazır ki, illərdir səyahət proqramlarının aparıcısı olan Mirsəməd Cəfərli dövlət televiziyasında çalışacaq.
“Çox gəzən bilər” verilişi ilə ATV və “Space” TV-də efirə çıxan Cəfərli bu dəfə “Turist”lə tamaşaçıların görüşünə gələcək. Layihə 21 yanvardan yayımlanacaq.
Qeyd edək ki, M.Cəfərli 2020-ci ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin üzvüdür.