TV proqram
TV proqram

“Buğlama” təzədən başlayır

“Buğlama” təzədən başlayır

“Buğlama” serialı yenidən qayıdır.

OLAY-ın məlumatına görə, komediya layihəsi “Xəzər” TV-də ekrana gələcək.

Sonuncu dəfə “Space”də efirə gedən serialın obrazlarından bəhs edən “Qədir və Nərbala” adlı ekran işi yayımlanırdı. “Buğlama”nın yaxın həftələrdə efirə gedəcəyi bildirilib.

Qeyd edək ki, İlkin və komandasının “Bozbash Pictures” və “Buğlama” kimi layihələri uzun illər ATV-də yayımlanıb. Daha sonra “Space” TV-yə keçən komanda istədiyi nəticəni əldə edə bilməyəndən sonra Xəzər TV ilə müqavilə bağlayıb.

Onu da bildirək ki, komandanın üzvləri İlkin Misgərli və Nicat Rəhimov hazırda “Komedixana” layihəsində də yer alır.