Aparıcı Turan İbrahimov yeni reytinq sistemi barədə məlumat yayıb.
OLAY yazır ki, sənətçi bu barədə feysbukda paylaşım edib:
“Yeni şirkətin ərsəyə gətirdiyi cədvəl. Gördüyünüz 08.01.2023-cü il tarixinə olan nəticədir. Yeni şirkətin ən əsas üstünlüyü odur ki, bu prosesdə əsas televiziyaların hamısı iştirak edir. Amma əsas üçlükdə olan televiziyalar elə yenə də həminkilərdir. Dəyişən heç nə yoxdur. İlk üçlükdəki kanallar günlər üzrə birinciliyi öz aralarında bölüşürlər. Bu nəticələrə baxanda ən çox inkişaf edən, uğur qazanan isə göründüyü kimi “Space”dir. Aylıq minimum gəlirlə yüzminlərlə gəlirləri olan kanalların çoxundan öndə, üçü ilə isə rəqabətdədir”.