Aparıcı Mətanət Əliverdiyeva bəzi həmkarlarını tənqid edib.
OLAY yazır ki, bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb. O, ad çəkmədən bəzi aparıcıların paxıl olduğunu deyib:
“Bir bu xarakter səndə (Zaur Baxşəliyevi nəzərdə tutur), bir də məndə var. Hazırda Xəzər TV-də çalışıram. Hər axşam verilişə başlayanda deyirəm ki, bütün həmkarlarımı salamlayıram, təbrik edirəm. Amma bunu başqalarında görmürəm. O biri aparıcılarda bu nə qısqanclıqdırsa, anlaya bilmirəm. Digər telekanaldakı aparıcını salamlamaq, elə bil başqa ölkənin düşmən kanalı ilə nəsə etməkdir. O paxıllığı istəmirəm”.
Mətanət Zaurun “Məncə, aparıcılar arasında paxıllıq yoxdur” sözlərinə “Yox, var. Qoyun, oturum”, - deyə, cavab verib.