TV proqram
TV proqram

“Ölməkdən yox, ölümcül hala düşməkdən qorxuram”

“Ölməkdən yox, ölümcül hala düşməkdən qorxuram”

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlü ölmək üçün Allaha dua etdiyini etiraf edib.

OLAY yazır ki, bu haqda qarmon ifaçısı “MTV Maqazin” verilişinə müsahibəsində deyib.  

Sənətçi onu bu həyata bağlayan heç bir səbəbin olmadığını da bildirib:

“Hərdən ağlayıram. Deyirəm ki, indi haqqımda xəstəliyimə görə qorxduğumu deyəcəklər. Əvvəl-axır hamımız bir can borcluyuq. İnsan ölməkdən yox, ölümcül hala düşməkdən qorxur... Üç dəfə ölümcül hala düşmüşəm. Amma ölməmişəm. Elə deyirdim ki, Allahım, ölərdim, canım qurtarardı. Üçüncü dəfə vəziyyətim olduqca ağır oldu. Ona görə müalicələrə başladım. Həyat yoldaşım olsaydı, deyərdim ki, həyat mənim üçün davam edir. Həyat yoldaşım yoxdur. Demək həyat da mənim üçün... Nə bilim. Bu xəstəlik Allahın mənə verdiyi bir imtahanıdır”.