Aktrisa Pərvin Abıyeva TikTok gəlirini hara xərclədiyi barədə danışıb.
OLAY yazır ki, bu haqda o, “7 canlı” verilişində qonaq olarkən söz açıb.
Pərvin ad günündə özünə hədiyyə etdiyi 340 min manat olduğu deyilən “Galendewagwen” markalı maşınından da bəhs edib:
“Çoxları elə bilir ki, Pərvin TikTok-un pulu ilə özünə maşın alıb, yeyir, içir, gəzir. Məni tanıyırsınız, onsuz da mən lüks həyatı sevmişəm və bunu özümə yaşatmışam. Bunu TikTok-a gəldikdən sonra etməmişəm. Xüsusilə vurğulayım ki, oradan gələn pulun 70 faizini xeyriyyəyə xərcləyirəm. Ya hədiyyə şəklində fırladıb atıram, ya da çıxarıb baxdığım xüsusi ailələr var, onlara verirəm. Bunu da qeyd edirəm ki, sonra heç kim “Pərvin oranın pulu ilə kef edir”, - deyə, fikirləşməsin”.