Prodüser Tarix Əliyev (Tolik) aparıcı Zaur Kamalı sərt tənqid edib.
OLAY yazır ki, bu barədə o, aparıcısı olduğu “Ümid ilə gəl” verilişində danışıb. O, Zaurun efirdə xərçəngdən əziyyət çəkən qarmon ifaçısı Gülbahar Şükürlü ilə bağlı çıxışına etiraz edib:
“Zaurun xətrini çox istəyirəm. Əvvəla bir məsələni qeyd edim. Təhsil almaq, illərlə aparıcı işləmək olar. Amma İranda yaşayan azərbaycanlılara, iranlılar demək düzgün deyil. Jurnalist belə bir səhv etməməlidir. Arazın o tayında 45 milyon azərbaycanlı var. Mən afrikalı qızla evlənsəm, onun uşağı azərbaycanlı olacaq. Afrikalı sayılmayacaq.
Məsəl üçün deyirəm... Elgiz Əkbəri niyə çox istəyirəm? O, mənə zəng etdi. Dedi ki, Gülbahar xanım elə pis olub, efirdə deyiblər ki, nəyəsə ehtiyacı var. Mən toylara getmirəm. Zaur, sənin qədər toylara getsəydim, 2 minin üstə 3 min də qoyub Gülbahar xanıma verərdim. Hətta 5 min cibimə qoyub ona bağışlayardım. Sən 3-4 minə toya gedirsən. Elgizin sözlərinə görə, Gülbahar xanım müalicəsi üçün 100 mindən çox pul xərcləyib. Qızıllarını, evini satıb, amma heç kimə ağız açmayıb. Efirdə 7 dəsmalla ağlayıb kartına yalandan pul yığmayıb. Mən qoymaram yığsın, Gülbaharın dünya boyda sənəti var. Gülbahar xanımın 200-300 minə pula ehtiyacı olsa, mən də efirdə kömək istəyərdim. Xahiş edirəm, bir günlük reytinqə görə müğənniləri ağlatmayın. O boyda Zaursan. Reklamında deyirsən ki, ölkənin ən reytinqlisi... 15 sponsorun var. Daha çox olsun! Mən sponsorlarımdan birinə desəm, dərhal kömək edərdi”.
Qeyd edək ki, Z. Kamal efirdə G. Şükürlünün vəziyyətinin yaxşı olmadığını, pula ehtiyacı olduğunu demişdi.