Əməkdar artist Mətanət İsgəndərli növbəti dəfə artıq çəkilərindən xilas olması haqda danışıb.
OLAY yazır ki, bu barədə o, “Yanar saat” proqramında qonaq olarkən açıqlama verib. İsgəndərli deyib ki, pandemiya dövründə çəkisi xeyli dərəcədə artıb:
“O zaman 107 kiloya qalxmışdım. Pəhriz saxlamırdım, qolum sınmışdı, idman etmirdim, hərəkətdə olmurdum. İnan ki, ürəyim partlayırdı. Ayaqlarımın, belimin ağrısından ayaqüstə dayana bilmirdim. Mənə o qədər çəki olmaz. Çünki sümüklərim xırdadır. Yaxşı ki, həmin kiloda çox az, haradasa 1 ay qaldım. Həmişə maksimum 93 kiloya qalxırdım, mənim üçün ən dəhşətli çəki 93 idi. 107-ə çatdım, dedim, dayan, axırına çıxım, sən də bax. Hazırda 66 kiloyam”.
Qeyd edək ki, sənətçi mədəkiçiltmə əməliyyatı olunub.