“Sosial şəbəkələrdə özlərini bu və ya digər söhbətlərlə özlərini gözdən salırlarsa, gənclərə nə deyəsən? Onlar da fikirləşir ki, 50-60 yaşlı kişilər, qadınlar belə edir, biz də belə edək. Asan yolla varlanmaq arzusunda olan insanlar məşhurlaşmaq istəyirlər”.
OLAY yazır ki, bu sözləri “Açıq söhbət” verilişində Xalq artisti Nisə Qasımova deyib. O həmçinin bəzi gənc müğənniləri də tənqid edib:
“Bu gün üzlərdən həya silinib. Ürəklərdə, beyinlərdə həyasızlıq baş alıb gedir. Deyir, müğənni olmaq istəyirəm, olacam! Halbuki sənəti, təhsili yoxdur. Çünki o, belə istəyir.
Texnika və yalandan imza atanlar sağ olsun. İnsanın üzündə həya olmalıdır. Bir müğənni hamiləliyini dəniz kənarında, çimərlik libasında nümayiş etdirirsə, ona “həyasız” deyirlər. Yaxud da həyası olmayan... Ya da müxtəlif pozalarda fotosessiya etdirir. Buna nə ad qoyasan? Gözəl geyinən müğənnilərimizi, xanımlarımızı öpürəm. Çox bəyənirəm, şıq geyinsinlər. Müəyyən şeylər var ki, onun əndazəsi olmalıdır. Elələri var ki, illər sonra baxıb utanırlar. Amma bəziləri də uşaqlarını elə böyüdür ki, gələcəkdə desin, burada nə var? Çalışaq ki, səhv etməyək”.