“Özümü bu gün bəyənirəm. Düzdür, yorğunam. İnsan vaxtında yatıb, oyanmayanda üz cizgirlərinə təsir göstərir. Hazırda çəkimdən də, simamdan da rahatam”.
OLAY yazır ki, bu sözləri “Səhər mərkəzi” proqramında rəqqasə Fatimə Fətəliyeva deyib. O həm də ruh düşkünlüyü yaşadığı vaxtlarda saçını dəyişdiyini söyləyib:
“Mən tez-tez depressiyaya düşünən adamam. Tək şəxsi həyatda yox, işlə bağlı, ya da sənətimlə əlaqəli ola bilər. Həmin məqamda fikirləşirəm ki, saçımı necə edim? Bir qalıb keçəl etməyim. Onu da görsəniz, təəccüblənməyin. Saçım, ya qısa olur, ya uzadıram, ya da rəngini dəyişirəm”.