Müğənnilər Sevil-Sevinc Səfərova bacıları 2022-ci ilin onlar üçün düşərli olmadığını bildirib.
OLAY yazır ki, bu haqda onlar “7 canlı” verilişində qonaq olarkən danışıb.
Sevinc həyatından sildiyi insanların çox olduğunu qeyd edib:
“2022 bizim üçün heç düşərli olmadı. Dost, ailə problemləri baxımından hədsiz dərəcədə çox itirdik. O yükü özümlə daşımaq istəmədim. Həyatımdan sildiyim bir çox insanlar oldu. Nə yaxşı ki, onları sildim. Üzümə gülüb, arxamca min söz deyənlər, evimdə çörək kəsib, mənimlə bərabər gülüb-ağlayıb, arxamca çox pis sözlər danışan insanlar həyatımda olmasalar daha yaxşıdır. Ona görə 2023-cü ilə pozitiv enerji ilə girmişik. Yeni dostluqlar deməyim, çünki artıq dost qazanmaq istəmirik. Bəs etdi... Amma etibarlı dostlarımız da az deyil. Bəylər daha çoxdur, çünki onlar dostluğu sözün əsl mənasında bacarırlar”.